Xəbər lenti

Bakıda metro səhərədək işləyəcək
Ölkə10:01 14.10.2013

Bakıda metro səhərədək işləyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Oktyabrın 15-dən 16-na keçən gecə metro səhərədək fəaliyyət göstərəcək".

AzərTAc-ın verdiyi məlumata görə, bu barədə Metropolitenin hərəkət xidmətinin rəisi Hidayət Məmmədov deyib. 

Onun sözlərinə görə, bununla əlaqədar oktyabrın 15-dən 16-na keçən gecə metronun işləməsi ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Bakı Metropoliteninə müraciəti daxil olub. Bu müraciətə əsasən, qeyd edilən vaxtda oyundan sonra bu qurum istisna hal kimi azarkeş sərnişinlərə səhərədək xidmət göstərəcək.

Qeyd edək ki, adi günlərdə metropoliten hər gün səhər saat 6-dan gecə saat 12-dək fəaliyyət göstərir.

Sabah DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığması Rusiya millisini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Qaynar.info