Xəbər lenti

Bakıda metronun qarşısında qanlı olay: ölən var
Ölkə08:34 08.05.2016

Bakıda metronun qarşısında qanlı olay: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gecə Bakıda qətl hadisəsi baş verib. 
Lent.az-ın məlumatına görə, gecə saat 2 radələrində Məhəmməd Hadi küçəsi 68A ünvanının qarşısında, metronun "Həzi Aslanov" stansiyasının qarşısında bir qrup şəxs arasında dava-dalaş olub. 
Dava zamanı naməlum şəxs 1977-ci il təvəllüdlü Nurullayev Musa Nurulla oğlunun döş qəfəsinə bıçaq zərbəsi endirib. M.Nurullayev hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qaynarinfo.az