Xəbər lenti

Bakıda meyiti tapılan şəxslərin hamısının adları və ölüm səbəbi açıqlandı
Ölkə13:17 06.01.2023

Bakıda meyiti tapılan şəxslərin hamısının adları və ölüm səbəbi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda meyiti tapılan şəxslərin hamısının adları açıqlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.
İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.