Xəbər lenti

Bakıda möhtəşəm parti keçirildi - FOTOLAR
Ölkə07:41 14.06.2013

Bakıda möhtəşəm parti keçirildi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Bakıda "Zero" nəşriyyatının təşkilatçılığı ilə "Bookworm" (Kitab qurdu) parti keçirilib.

Partinin keçirilməsində əsas məqsəd nəşriyyatın çapdan çıxmış 2 kitabını - Umberto Eko (Esselər), Frans Kafka (Hekayələr) geniş oxucu kütləsinə təqdim etmək olub. 

Qaynar.info-nun məlumatına görə, gənclərin iştirakı ilə baş tutan partidə "Rohat&Cash" və Qara Dərviş qrupları ifa ediblər.

5 saat davam edən partidə "Zero" Nəşriyyatının çap olunacaq yeni kitabları haqqında məlumat verilib və gənclər üçün müxtəlif şoular təşkil olunub.

Qeyd edək ki, "Zero Nəşriyyatı" kitabsevərlər üçün davamlı olaraq belə partilər təşkil edəcək.

Qaynar.info