Xəbər lenti

Bakıda mikroavtobusla yük avtomobili toqquşdu: 6 nəfər yaralandı
Ölkə05:15 29.07.2019

Bakıda mikroavtobusla yük avtomobili toqquşdu: 6 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, "NUR" marketin yanında) ağır yol qəzası baş verib.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, qəza zamanı mikroavtobus yük avtomobili ilə toqquşub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun verdiyi məlumata görə, "təcili yardım"a çağırış saat 7.42 də daxil olub.
"Hadisə yerinə altı təcili tibbi yardım briqadası yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər KTM-ə çatdırılıb. Həkimlərin bildirdiyinə görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti orta ağır", - deyə o bildirib.