
Bakıda gənclər Şəhidlər Xiyabanına anım yürüşü keçirir. Report-un məlumatına görə, aksiyada minlərlə gənc iştirak edir.
Aksiya iştirakçıları Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində şəhid olan hərbi qulluqçuların xatirəsini yad edib.
Şəhidlər Xiyabanı ziyarət olunub.
Aksiyada "Qarabağ bizimdir!", "Əsgər irəli!", "Şəhidlər ölməz, vətən bölünməz!" şüarları səsləndirilib.
Qaynar.info


