Bakıda xanım sürücünün idarə etdiyi "Mercedes C300" markalı, "MM" dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisəni törədən 1977-ci ildə Bakı şəhərində doğulmuş Elxan Abdullayev tutulub.
Məlum olub ki, Elxan Abdullayev Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən "Bənövşə" adlı aptekin qarşısında saxlanılmış M.Qarayevaya məxsus "Mercedes-Benz C300" markalı, "MM" dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək oğurluq edib. O, M.Qarayevaya məxsus avtomobildən bank kartı, 1400 manat dəyərində 750 əyarlı qızıl boyunbağı və içərisində 170 manat nağd pul olan "Derimod” markalı əl çantasını (dəyəri 170 manat) oğurlayıb.
Elxan Abdullayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi açılıb. Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən şəxs şirkətlərin birnə məxsus avtomobildən "iPhone 14 PRO" markalı mobil telefon oğurlayıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 2 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.
Aydın