Xəbər lenti

Bakıda modalar evində kişi qaynanasını vurdu
Ölkə13:25 05.05.2023

Bakıda modalar evində kişi qaynanasını vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "Vəfa-X” modalar evində qanyanasının üzünə telefon vuran şəxsə hökm oxunub. 
Qaynarinfo-nun məlumatına görə, 1986-cı il təvəllüdlü Astara rayonu, Kijəbə qəsəbə sakini Cavid Azadlıq prospekti 146 ünvanında yerləşən "Vəfa-X” moda evində dərzi işləyən qaynanası Pərihanı ailəsini dağıtmaqda ittiham edib və aralarında mübahisə yaranıb.
Bu zaman Cavid əsəbiləşərək əlində olan mobil telefonla bir dəfə qaynanasının sifət nahiyəsindən vurub və oranı tərk edib. Pərihan bununla bağlı polisə məlumat verib. 
Nizami rayonu ərazisində yerləşən "8-ci kilometr” adlanan bazarda arabaçı işləyən Cavidin həyat yoldaşının da hadisədən əvvəl boşanmaq üçün məhkəməyə müraciət etməsi məlum olub. 
Məhkəmənin qərarı ilə Cavid Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Əhməd