Xəbər lenti

Bakıda motosiklet sürücüsünü döyən “Lexus” sahibi ilə bağlı açıqlama  (ANBAAN VİDEO)
Ölkə19:23 25.04.2022

Bakıda motosiklet sürücüsünü döyən “Lexus” sahibi ilə bağlı açıqlama  (ANBAAN VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Lexus” markalı avtomobilin sürücüsünün motosikletçini döyməsi ətrafda olanların və sosial şəbəkə izləyicilərinin ciddi narazılığına səbəb olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Lent.az-a açıqlamasında yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib.
Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb: "Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
"Lexus"un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.
Qeyd edək ki, yolda hərəkət zamanı ona yol verməyən "Lexus” sürücüsünə reaksiya verən motosikletçi daha sonra avtomobildən enən şəxsin aqressiyası və fiziki təzyiqi ilə üz-üzə qalıb.
Həmin görüntüləri təqdim edirik: