Xəbər lenti

Bakıda müdhiş oğurluq
Ölkə06:42 08.07.2014

Bakıda müdhiş oğurluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda şadlıq sarayından oğurluq edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi şosesində yerləşən şadlıq saraylarının birinin inzibatçısı, Bakı şəhər sakini Nurlan Məmmədovun otağından, seyfi sındırmaqla 6 min manat oğurlanıb. 

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü Elnur İsmayılov və Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Atamoğlanov tutulub, onlardan oğurladıqları pulun 1500 manatı maddi sübut kimi götürülüb.

Qaynar.info