Xəbər lenti

Bakıda müdhiş qəza - AVTOMOBİL İKİ YERƏ BÖLÜNDÜ
Ölkə13:36 20.11.2013

Bakıda müdhiş qəza - AVTOMOBİL İKİ YERƏ BÖLÜNDÜ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda avtomobil yanb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın “Mercedes” markalı, 10 ON 990 dövlət nömrə nişanlı avtomobildə qeydə alınıb.

Həmin avtomobil şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dirəyə çırpılıb. Nəticədə maşın iki yerə bölünüb və avtomobildə yanğın başlayıb.

Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.
 
Hadisə yerində araşdırma aparan Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Hikmət Vəliyev APA-ya bildirib ki, hadisə zamanı avtomobildə olan iki nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Qaynar.info