Xəbər lenti

Bakıda müəllimlər pul üstündə yumruq davasına çıxdılar - RƏZALƏT - ÖZƏL
Ölkə17:05 10.01.2014

Bakıda müəllimlər pul üstündə yumruq davasına çıxdılar - RƏZALƏT - ÖZƏL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Dövlət Sosial İqtisad Kollecində xoşagəlməz olay baş verib.

Qaynar.info-ya daxil olan məlumata görə, kollecin təlim-tərbiyə işlər üzrə direktor müavini Teymuraz Əfəndiyevlə Qiyabi təhsil şöbəsinin müdiri Adil Gülalıyev yumruq davasına çıxıb. 

Məlumata görə dava tələbələrdən yığılan semestr pulları üstündə olub. Belə ki, direktor müavini şöbə müdirindən pulları tələb edərkən o pulun bir hissəsini vermək istəməyib. Teymuraz Əfəndiyev isə pulu tam istəyib. Nəticədə müəllimlər tələbələrin gözü qabağında yumruq davasına çıxıblar. Hətta onların bir-birinin üz-gözünə xəsarət yetirdiyi iddia olunur. 

Qeyd edək ki, Bakı Sosial İqtisad Kollecinin adı həmişə korrupsiya və rüşvətxorluqla göndəmə gəlib. Ötən il kollecin direktoru Mübariz Mahmudovun, qiyabi şöbənin müdiri (bu şəxs həm də direktorun bacısı oğlu olub) İlqar Əzizov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvət alarkən həbs olunublar.  

Onlar həmin şöbənin sabiq müdiri Əlixan Ağamirzəyev, şöbənin metodisti Şahin Mirzəmətov və sürücüsü Rafiq Yunusov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar kollecin tələbələrindən onlara xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 94 min 340 manat məbləğində rüşvət almasında, eləcə də öz qulluq mövqeyindən istifadə etməklə işçilərə veriləcək əmək haqqını nağdlaşdırıb götürməklə 6 min manat məbləğində pulu, həmçinin qabaqcadan əlbir olduğu “Turan X” MMC-nin direktoru Əliqulu Sadıqovla birlikdə onlara etibar edilmiş 20 min manat dəyərində əmlakı mənimsəmə və israf etmə yolu ilə talamasında, habelə kollecin baş mühasibi İranə Quliyeva ilə birlikdə 3 min manat məbləğində xeyli miqdar təşkil edən vergiləri ödəməkdən yayınmaqla yanaşı, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməsində şübhələr üçün əsaslar olduğundan Mübariz Mahmudova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 213.1 (vergi ödəməkdən yayınma), 311.3.1, 311.3.3, 311.3.4 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), İlqar Əzizov, Şahin Mirzəmətov və Əlixan Ağamirzəyevə həmin məcəllənin 311.3.1, 311.3.3, 311.3.4-cü, Rafiq Yunusova 32.5, 311.3.1-ci, Əliqulu Sadıqova 179.3.2 və 313-cü, İranə Quliyevaya isə 213.1 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info