Xəbər lenti

Bakıda müəmmalı şəkildə ölən gəncin son sözü
Ölkə16:16 10.11.2014

Bakıda müəmmalı şəkildə ölən gəncin son sözü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 8-də Bakıda yanmış vəziyyətdə tapılmış meyitlə bağlı bəzi təfərrüatlar məlum olub. ANS-də yayımlanan "Adam İçində" verilişində bildirilib ki, həmin gəncin son sözü "meyxana" olub. 
Ehtimal edilir ki, həmin gənc meyxanaçı olub. Hazırda onun hansı şəraitdə yandığı araşdırılır.
Qeyd edək ki, noyabrın 8-də Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən verilən məlumata görə, noyabrın 7-də Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində huşsuz vəziyyətdə, bədəndə müxtəlif yanıq xəsarətləri olan naməlum şəxs tapılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Həkimlərin səylərinə baxmayaraq, həmin şəxs xəstəxanada ölüb.
Həmin şəxsin boyu təxminən 175-180 sm, çəkisi 70-75 kq, dolu bədən quruluşu və qara saçları var. Sol qolunda döymə edilmiş və sonradan silinmiş “Günel” sözü olub.
Həmin şəxs barədə hər hansı məlumat əldə olunarsa, 452-02-02, 428-02-02 və 425-49-15 telefon nömrələrinə zəng etmək xahiş olunur.
Qaynar.info