Xəbər lenti

Bakıda müəmmalı yanğın - Pullar, qızıllar yoxa çıxdı - FOTOLAR
Ölkə10:07 18.06.2016

Bakıda müəmmalı yanğın - Pullar, qızıllar yoxa çıxdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Binəqədi rayonunda müəmmalı yanğın hadisəsi baş verib.

Qaynarinfo.az musavat.com-a istinadən bildirir ki, "3-cü mədən" adlanan ərazidə 4 otaqlı mənzil tamamilə yanıb. Ev sahibinin dediyinə görə, hadisə baş verməzdən əvvəl onlar Bakıda olmayıblar və bir neçə gün evə gəlməyiblər. O bildirib ki, evi tərk edərkən kommunal xətləri bağlayıb. Ev sahibi Emin Mikayılov iddia edir ki, mənzil təsadüfdən yanmayıb. Çünki yanğından sonra televizor və digər məişət, eləcə də qızıl-zinət əşyalarının izi də tapılmayıb. Zərərçəkən deyir ki, pul və qızıl-zinət əşyaları dəmir sandıqçada olub. Amma həmin qab ortada yoxdur. Üstəlik, evin bir pəncərəsinin dəmir barmaqlığı da sınıb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən verilən məlumata görə, istintaq işləri davam etdirilir. Şübhəli şəxs və ya şəxslərin müəyyən edilməsi ilə bağlı hələlik heç bir yenilik yoxdur.

Qaynarinfo.az