Xəbər lenti

Bakıda müğənni adam bıçaqladı - VİDEO
Ölkə10:34 20.10.2014

Bakıda müğənni adam bıçaqladı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Qaynar.info APA TV-yə istinadən xəbər verir ki, Z.Bünyadov prospektində yerləşən kafedə mügənni  Elçin Məmmədov müştərini bıçaqlayıb. Hadisə  gecə saat  2 radələrində  qeydə alınıb.  Kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə atmaca atıb: "Bunlar gələndə mən oxuyurdum. Söyüş söydülər, fikir vermədim".

Təqsirləndirilən şəxs onların kafedən getməsini gözlədiyini, amma müştərilərin danışmaq üçün müğənnin çölə çağırdıqlarını deyib. Bildirdiyinə görə, həmin şəxslər kafedən kənarda da onu söyüb, onu təhqir ediblər. Bundan qəzəblənən Elçin Məmmədov  Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb: "Dedim düş aşağı, düşən kimi 2 zərbə endirdim".

 Yaralını dostları xəstəxanaya çatdırıblar.

 Faktla bağlı CM -nin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Qaynar.info