Xəbər lenti

Bakıda müharibəyə hazır olanlar toplaşdı - FOTOLAR
Ölkə06:28 21.01.2014

Bakıda müharibəyə hazır olanlar toplaşdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

19 yanvar  “Step“ Gənclər təşkilatı və Avropa radiosunun “Biz müharibəyə hazırıq” layihəsi həyata keçirilib.

Qaynar.info xəbər verir ki, layihə çərçivəsində bir çox Radio və TV aparıcıları  bir araya gəldi. Aparıcılar öncə Şəhidlər Xiyabanını ziyarət edib, sonra müharibəyə hazır olduqlarını nümayiş etdirmək üçün “Bakı Paintboll Mərkəzinə” gediblər.

18 aparıcı 3 komandaya bölünərək mübarizə aparıblar. Oyun zamanı hətta 2 aparıcı  Rj Anar İbrahimli və Dj Elax ağır zədə alsalar da, oyun uğurla başa çatıb. Sonda bütün komandalar birləşərək “Biz müharibəyə hazırıq” şüarı ilə layihəni başa vurublar. Qeyd edək ki, layihədə Avropa radiosu, Antenn 101FM,106 FM,106.3 FM,107 FM, Yurd TV və Səs TV-in əməkdaşları çıxış edib.

Qaynar.info