Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən "Naxış" çay evində müştərini bıçaqlayan şəxsin cinayət işinin istintaqı tamamlanıb.
Qaynarinfo-nun məlumatına görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bu ilin iyun ayında çay evinin icarədarı Baratov Hüseyn Heydər oğlu obyektə müştəri qismində gələn Cavid Quliyev və Kamil Ağayevlə mübahisə edib. Mübahisə zamanı Hüseyn Baratov bıçaqla Ağayev Kamil İsmayıl oğluna xəsarət yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb.
İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq.
Əhməd