Xəbər lenti

Bakıda “Nağaracuğaaa” maşını - FOTOLAR
Ölkə10:20 13.09.2014

Bakıda “Nağaracuğaaa” maşını - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda “Şaqman” markalı ağır tonnajlı yük maşınına məzəli bir şüar yapışdırılıb. 

Axar.az xəbər verir ki, Feysbukda yayılan fotoda sürücünün maşınına el arasında məşhur “Nağaracuğaaa” sözünü yazdığı məlum olub. 

Sürücü metronun Sahil stansiyası yaxınlığında maşını xarab olduğu üçün saxlayıb. Yol polisi ona yaxınlaşaraq, sürücünün diqqətinə trass əməliyyatı olduğunu çatdırıb və ərazidən uzaqlaşmasını tələb edib. Bu zaman sürücünün maşınının qapısına “Nağracuğaaa” şivəsi yazdığı fotolentə alınıb. 

Qeyd edək ki, bu ifadə Aran zonasında insanların “nə edəcəyik” sualının ləhcə ilə deyiliş formasıdır. Əsasən Salyan, Sabirabad, Şirvan bölgələrində bu cür söylənir. Son vaxtlar isə bu ifadə Azərbaycanda lağ hədəfi kimi məşhurlaşıb. Hətta ara mahnılarda, müxtəlif şou proqramlarda, komediyalarda replika şəklində istifadə olunur.

Qaynar.info