Xəbər lenti

Bakıda nasizmin təbliğatçıları peyda olub? - FOTO
Ölkə15:18 07.10.2016

Bakıda nasizmin təbliğatçıları peyda olub? - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərində nasizmin simvolları açıq-aşkar nümayiş olunur. Criminal.az saytına oxuculardan biri belə məlumat göndərib.
Onun sözlərinə görə, ötən gün şəhərdə gördüyü avtomobillərdən biri onu təəccübləndirib. Maşının arxa hissəsində Hitler hakimiyyətinin simvollarından biri olan qartal simvolu vurulub.
Üçüncü reyxin qartalı ilə bu qartal tam eyni də deyil. Hitlerin qartalının başı son tərəfə baxdığı halda, bu qartal sağa baxır. Bundan başqa 3-cü reyxin qartalının qonduğu gül çələnginin ortasında svastika şəkli olduğu halda, burada "Mitsubishi" şirkətinin logosu yer alıb.
Hər bir halda analiz edərək qərar çıxarmağı oxucularımızın öhdəsinə buraxırıq.
Qaynarinfo.Az