Xəbər lenti

Bakıda nazirlər iftar açan zaman işıqlar sönüb
Ölkə09:48 17.07.2013

Bakıda nazirlər iftar açan zaman işıqlar sönüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İçərişəhərdəki “Şirvanşah” restoranında iftar açdığı zaman qəfil işıqlar sönüb.

İftarda Xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib. Hər iki nazir iftarını şam işığında açmağa məcbur olub.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iyulun 16-ı Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq aeroportunda Əhməd Davudoğlunu Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun və səfirliyin digər əməkdaşları qarşılayıb. Ə. Davudoğlu jurnalistlərə açıqlama verməyib.
 
Ə. Davudoğlunun səfər çərçivəsində baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədovla da görüşləri nəzərdə tutulub.