
Bakıda neft quyusunda yanğın başlayıb.
Bakıda neft quyusunda baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğınsöndürənlərin səyi nəticəsində yanğının digər neft quyularına keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.
***
___________
11:43
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən neft quyusunda baş verən yanğının söndürülməsinə 8 yanğınsöndürən maşın cəlb edilib.