Xəbər lenti

Bakıda nəhəng Güney Azərbaycan tədbiri (FOTOLAR)
Ölkə08:19 30.03.2013

Bakıda nəhəng Güney Azərbaycan tədbiri (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

30 martda Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə “Park-inn”otelində “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans öz işinə başlayıb. Ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, aparıcı partiya təmsilçilərinin, Güneylə əlaqəli fəaliyyət göstərən qurumların təmsilçilərinin, tanınmış ekspertlərin, Milli Məclis üzvlərinin, xaricdə fəaliyyət göstərən güneyli qardaşlarımızın iştirak etdiyi tədbiri giriş sözü ilə professor Qulamrza Saib Təbrizi açaraq Güneydəki vəziyyətdən bəhs edib.

Daha sonra Araz Aslanlı “İran dövləti böhran içində”, professor Nəsib Nəsibli “Güney Azərbaycan - milli mübarizənin perspektivləri”, Coğrafiya İnstitutunun direktor əvəzi, elmlər doktoru Ramiz Məmmədov “Urmu göllünün problemləri” mövzusunda məruzə edib. 

N.Nəsibli qardaş Türkiyənin hökumətinin Güney Azərbaycanın taleyinə biganə münasibətdən gileylənib. Ancaq əlavə edib ki, Tehran nə qədər çalışsa da, Türkiyə Cümhuriyyətinin möhtəşəm varlığı və Türkiyə TV-lərinin təsirini aradan qaldıra bilmir və bilməyəcək. 

Araz Aslanlı isə məruzəsində İranın daxildə milli böhran yaşadığını da vurğulayıb: “İranın nüvə iddiası ona hələlik qazancdan çox böhran gətirir. Beləliklə, Tehran mərkəzli dövlət 20-ci əsrin ən böhranlı dövrünü yaşayır. Suriyada baş verənlər, daxildəki milli oyanış, xüsusilə də Güney Azərbaycan türklərinin gələcəyi ilə bağlı proses bu böhranı dərinləşdirir”. 

Hazırda Ramiz Məmmədov “Urmu göllünün problemləri” mövzusunda məruzə edir. Natiq Urmu gölündə suyun sürətlə azaldığını sübut edən araşdırmalarını iştirakçılara çatdırdı. Bildirdi ki, göldə 10 milyonlarla köçəri quşlar var. Həmin köçəri quşlar gəlib gölə düşür, ancaq qanadlarında duzdan buzlar yaranır, artıq qalxıb uça bilmir. Göldəki fəlakətli vəziyyətlə bağlı ürəkağrıdan videokadrlar da təqdim olundu. Ardınca skayp vasitəsilə xaricdə yaşayan doktor Maşallah Rəzmi də tədbirə birbaşa qoşuldu və İranda hər an baş verə biləcək dəyişikliklərdən bəhs etdi.(musavat.com)