Xəbər lenti

Bakıda nəqliyyat müfəttişləri sürücünü döydü - VİDEO
Ölkə08:50 13.01.2014

Bakıda nəqliyyat müfəttişləri sürücünü döydü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

23 yaşlı Kürdəmir rayon sakini 4 nəfərin hücumuna məruz qaldığını deyir

Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında mübahisə yaranıb. Sərinişin kimi maşına əyləşib sonradan müfəttiş olduqlarını elan edən 4 nəfərin sürücünü döydükləri iddia olunur. ANS PRESS-in məlumatına görə, Kürdəmir rayon sakini 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlu paytaxtda taksi fəaliyyəti ilə məşğul olduğunu və 4 nəfərin hücumuna məruz qaldığını deyir.

Sürücü mülki geyimdə olan bu şəxslər müştəri kimi maşına əyləşdiklərini bildirir. Qapılar bağlanan kimi "müştərilər" əvvəlcə sənəd, daha sonra isə lisenziyasız taksi fəaliyyəti göstərməsi üçün pul tələb ediblər.

Sənədlərinin ələ keçməməsi üçün Nəsir avtomobilini məcburən səkiyə dırmaşdırsa da bir fayda verməyib. Həmin şəxslər sənədləri götürərək avtomobillə ərazidən uzaqlaşıblar.
Məsələ ilə bağlı hələlik Nəqliyyat Nazirliyi heç bir açıqlama verməyib.


Qaynar.info