Xəbər lenti

Bakıda "Niva"dan 23 min manat oğurlandı
Ölkə11:27 09.08.2021

Bakıda "Niva"dan 23 min manat oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda avtomobildən böyük məbləğdə oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinə avqustun 4-də A.Abbasova məxsus "Niva” markalı avtomobildən 23000 manatın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini E.Sadıqov müəyyən edilərək saxlanılıb.