Xəbər lenti

Bakıda növbəti avtobus qəzası: - XƏSARƏT ALAN VAR
Ölkə20:54 10.11.2013

Bakıda növbəti avtobus qəzası: - XƏSARƏT ALAN VAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, 90 NF 529 dövlət nömrə nişanlı 104 saylı marşrutla hәrәkәt edәn avtobus Suraxanı rayonu әrazisindә 10 AL 262 dövlət nömrə nişanlı "QAZ-53" markalı yük maşını ilə toqquşub.
 
Nəticədə yük maşını yolun kәnarında neft mәdәninin әrazisinә düşüb.
 
Qəza zamanı avtobusda olan sәrnişinlәrdən xəsarət alan olmayıb. Lakin sürücü zərbədən sükan arxasında sıxışıb qalıb. Onu sәrnişinlәr xilas ediblər. Sürücü xәstәxanaya yerləşdirilib.
 
Suraxanı Rayon Polis İdarəsindən (RPİ) verilən məlumata görə, avtobusun sürücüsü Həsənov Mövsüm Ağahüseyn oğludur. Qəza nəticəsində onun hər iki ayağı sınıb.
 
Faktı bağlı Suraxanı RPİ-də araşdırma aparılır.

Qaynar.info