Xəbər lenti

Bakıda oğlan qızı qaçırıb başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Ölkə13:42 15.09.2014

Bakıda oğlan qızı qaçırıb başına oyun açdı - ŞOK TƏFƏRRÜAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 18 yaşlı qız cinsi zorakılığa məruz qalıb.

Qaynar.info lent.az-a istinadən xəbər verir ki, Səbail rayonunda (ünvan şərtidir) qeydiyyatda olmaqla yaşayan 18 yaşlı N.Ə (ad və soyad şərtidir) polisə müraciət edərək tanışı tərəfindən zorlandığını bildirib. 

Gənc qız qeyd edib ki, bir müddət əvvəl Aqşin adlı oğlanla tanış olub və onlar arasında sevgi münasibətləri formalaşıb. Bir müddət əvvəl şəxsiyyəti hələlik tam müəyyənləşməmiş Aqşin adlı şəxs 18 yaşlı qıza evlilik təklif edib və ailələrin bu məsələyə icazə verməyəcəyini bəhanə edərək qızı qaçırmağı təklif edib. N.Ə təkliflə razılaşıb və bir neçə gün əvvəl bəzi vacib əşyalarını evdən götürərək qaçıb.

Polisə müraciət edən qız bildirib ki, Aqşin onu axşam saatlarında Dərnəgül qəsəbəsindəki parka aparıb və burada yubanmağı təklif edib. Hava qaralandan sonra isə həmin şəxs evlənmək məqsədi ilə qaçırdığı qızla zorla cinsi əlaqədə olub.

N.Ə qeyd edib ki, o, cinsi əlaqədə olmaq təklifinə etiraz etsə də, "gələcək həyat yoldaşı" bunu zorla edib və daha sonra onu evə aparmaqdan imtina edib.

Hazırda müraciət əsasında araşdırmalar aparılır.

Qaynar.info