Xəbər lenti

Bakıda orta aylıq əməkhaqqı 1350 manatı ötdü
Ölkə 11:31 30.05.2025

Bakıda orta aylıq əməkhaqqı 1350 manatı ötdü

2025-ci ilin yanvar-mart aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1357,3 manat təşkil edib.

Bu barədə Qaynarinfo-ya Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083,8 manat təşkil edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->