Xəbər lenti

Bakıda oteldə arvad ərini döydü
Ölkə11:47 27.02.2016

Bakıda oteldə arvad ərini döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda xarici ölkə vətəndaşı arvadı tərəfindən döyülüb.

Böyük Britaniya vətəndaşı, 1971-ci il təvəllüdlü Alan Vilson Aleksandr Spenser polisə ərizə ilə müraciət edərək arvadı tərəfindən döyüldüyünü bildirib.

Britaniya vətəndaşı ərizəsində qeyd edib ki, müvəqqəti yaşadığı İzmir küçəsi, 1033-də yerləşən “Hyatt Regency” mehmanxanasında arvadı, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Alisa Dmitriyevna Dyumina onu döyərək xəsarət yetirib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır. (“Report”)

Qaynar.info