Xəbər lenti

Bakıda oğurlanan uşaq danışdı: "Məni soyuqda diləndirdilər"
Ölkə14:32 18.12.2016

Bakıda oğurlanan uşaq danışdı: "Məni soyuqda diləndirdilər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbin 3-cü sinif şagirdi, dünən saat 14.00 radələrindən itkin düşən A.A tapılıb.

Qaynarinfo.Az aznews.az-a istinadən xəbər verir ki, 3-cü sinif şagirdi olan A.A, onu dilənçilərin oğurladığını deyib: “Məni soyuqda diləndirdilər”.

Aminin anası bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib: "Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır”.

Qaynarinfo.Az