Xəbər lenti

Bakıda partlayış baş verdi - FOTOLAR
Ölkə17:26 29.12.2016

Bakıda partlayış baş verdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nərimanov rayonunda yanğınla nəticələnən partlayış baş verib. APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında, dörd mərtəbəli yaşayış binasının qarşısındakı avtomobil qarajında baş verib.
Məlumata görə, partlayışdan sonra güclü yanğın baş verib. Hadisə yerinə dərhal bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğın artıq söndürülüb. Yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış “Volkswagen” markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb. 
Xatırladaq ki, yanğınla nəticələnən partlayış baş verib.
Partlayış zamanı xəsarət alan olmayıb. Partlayışın baş vermə səbəbi müəyyənləşdirilir.  
Qaynarinfo.Az