Xəbər lenti

Bakıda partlayış - Bir ailənin 5 üzvü yaralandı
Ölkə10:17 22.08.2016

Bakıda partlayış - Bir ailənin 5 üzvü yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Şüvəlan qəsəbəsində evdə partlayış olub.

Qaynarinfo.Az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, avqustun 22-də saat 04 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan Sakit Quliyevin evində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə xəsarət almış S.Quliyev, həyat yoldaşı Sona, qızları Səma, Əsmər və oğlu İlham xəstəxanaya yerləşdirilib. 

Qaynarinfo.Az