Xəbər lenti

Bakıda partlayış: ölən var
Ölkə10:34 11.04.2013

Bakıda partlayış: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərinin Sabunçu rayonu ərazisində partlayış hadisəsi baş verib. 

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbəsi, Ş.Axundov küçəsi, dalan 1, ev 15-in həyətindəki emalatxanada partlayış olub. Nəticədə həmin emalatxanada işləyən 1962-ci il təvəllüdlü Zeynalov Nahid Əminağa oğlu ağır bədən xəsarətləri alıb. 51 yaşlı kişi hadisə yerindəcə keçinib.

Hadisə ilə əlaqədar müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır.

Qaynar.info