Xəbər lenti

Bakıda partlayış olan ofisdən FOTOLAR
Ölkə10:29 24.11.2025

Bakıda partlayış olan ofisdən FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nərimanov rayonunda partlayış baş verən ofisdə xilasetmə itləri ilə birgə axtarış işləri aparılır.
"Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının məlumatına görə, dağıntılar altında qalanların olma ehtimalı var. Əraziyə axtarış briqadası və xüsusi təlim görmüş itlər cəlb edilib.
TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Xatırladaq ki, partlayış səhər saatlarında Ə.Rəcəbli küçəsində yerləşən "AFEN Plaza” biznes mərkəzində qeydə alınıb.