Xəbər lenti

Bakıda partlayışa səbəb olan qazıntını kim aparıb?
Ölkə07:26 27.01.2018

Bakıda partlayışa səbəb olan qazıntını kim aparıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Partlayış baş verən dəftərxananın sahibi İsrail Yusifov ərazidə qazıntının ötən gün "Azərsu” tərəfindən aparıldığını açıqlayıb.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, o, binanın zirzəmisinə su dolduğunu qeyd edib:
"Buna görə də "Azərsu” kanalizasiya xəttini düzəltmək üçün iş aparıb. Bu zaman da qaz borusunu zədələyiblər. Nəticədə sızma baş verib. Yəqin ki, "Azərsu” dəymiş ziyanı ödəyər”.
"Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Qafqazinfo”ya bildirib ki, partlayış baş verən bina yeni tikilidir: "Yeni tikililərdə isə işləri korporativlər özləri aparır. Biz heç bir qazıntı aparmamışıq. Bu bizim xidmət sferamıza aid deyil”.