Xəbər lenti

Bakıda pəncərə silmək istəyən tələbə yıxılaraq öldü (FOTO)
Ölkə18:53 15.04.2020

Bakıda pəncərə silmək istəyən tələbə yıxılaraq öldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.
APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.
1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı yaşadığı binanın beşinci mərtəbəsində otağın pəncərəsini silib. Bu zaman o, ehtiyatsızlıqdan yerə yıxılıb. 
N.Məhərrəmova 1 saylı şəhər xəstəxanasına çatdırılarkən yolda ölüb. 
Qeyd edək ki, N.Məhərrəmova Ali Neft Məktəbinin üçüncü kurs tələbəsidir. O, prezident təqaüdçüsü olub.