Xəbər lenti

Bakıda penoplas əməliyyatı - FOTOLAR
Ölkə11:17 20.05.2015

Bakıda penoplas əməliyyatı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Bakıda Binəqədi rayonunda baş verən dəhşətli yanğından sonra bina üzlüklərinə qarşı əməliyyat başlayıb. Anspress-in məlumatına görə paytaxtın bir çox ərazisində binaların üzlüklərinin sökülməsinə başlanılıb. 
Xüsusilə Bakıxanov qəsəbəsində, Sumqayıtda və digər yerlərdə təhlükəli üzlüklər çıxarılır. Üzlüklərin çıxarılmasına xüsusis fəhlələr və texnika cəlb edilib.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə oxşar materiallarla üzlənmiş binalarda ekspertizanın keçirilməsi, materialların tərkibinin öyrənilməsi, təhlükə olduğu halda həmin binaların üzlüklərinin dərhal sökülməsi barədə konkret göstərişlərini verib. 
Xatırladaq ki, ötən gün səhər saatlarında Binəqədi rayonunda 16 mərtəbəli binada dəhşətli yanğın olub.Fasadının alovlanması nəticəsində bütün binanı alov bürüyüb. 
Nəticədə 15 nəfər həlak olub. Onlarla insan yaralanıb. Ölənlərdən 4-ü azyaşlıdır. 
Anoloji hadisə ötən ay Xətai rayonunda da baş verib. 







Qaynar.info