Xəbər lenti

Bakıda piyada qadağan olunan yerdən keçdi: maşın vurdu
Ölkə14:53 22.10.2016

Bakıda piyada qadağan olunan yerdən keçdi: maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda piyadaların hərəkəti üçün qadağan olunan yerdən keçən 30 yaşlı qadını avtomobil vurub.

Qaynarinfo.Az report-a istinadən bildirir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. Burada avtomagistral yoldan keçən 1985-ci il təvvəllüdlü Dünyamalıyeva Pərvanə Vaqif qızını avtomobil vurub. Ağır bədən xəsarətləri alan P.Dünyamalıyeva xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olaraq qalır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.

Qaynarinfo.Az