Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi oldu (VİDEO/YENİLƏNİB)
Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.
Ətraflı
Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.
İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qafqazinfo”ya bildirilib ki, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir.
Agentliyin idarə heyətinin sədri Əli Əliyevin sözlərinə görə, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər