Xəbər lenti

Bakıda polis aksiyanı dağıtdı - FOTOLAR
Ölkə12:06 14.11.2014

Bakıda polis aksiyanı dağıtdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sevil Massivi"nin aldatdığı vətəndaşlar pullarını tələb edir

"Sevil Massivi" Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyinə cinayət işi açılandan sonra həmin ərazidə ev, torpaq sahəsi alan insanların çoxunun problemləri həll edilməmiş qalır. Onlar nə mülklərinə sahib ola bilirlər, nə də ödədikləri vəsaiti geri ala bilirlər. Odur ki, zərərçəkmiş vətəndaşlar bu gün Abşeron Rayon İcra Hakimiyyətinin və Hökməli Bələdiyyəsinin qarşısında etiraz aksiyası keçiriblər.

60 nəfər yaxın zərərçəkmiş aksiyada “Torpağımızı qaytarın!”, “Evimizi qaytarın” və “Pullarımızı qaytarın” tələblərini irəli sürüblər.

Abşeron Rayon Polis İdarəsinin rəisi və müavininin rəhbərliyi ilə vətəndaşlara təzyiq göstəriblər.

Polis zərərçəkmişlərdən icra hakimiyyətinin qarşısından Hökməli Bələdiyyəsinə yollamasını tələb etdi. Polis maşınları ilə bir qrup aksiyaçı bələdiyyəyə aparılıblar.

Peşə fəaliyyətini yerinə yetirən “bizimyol.info ” saytının əməkdaşı Ramid İbrahimova polis rəisinin göstərişi ilə təzyiq göstərilib. Problemlə bağlı jurnalist Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxlayıb. Buna baxmayaraq aksiya bitənə qədər reportyor Post-Patrul Xidməti maşınında girov saxlanılıb.

Qeyd edək ki, iyul-sentyabr aylarında icra hakimiyyəti və Hökməli Bələdiyyəsi tərəfindən bir qrup zərərçəkmişin pulları qaytarılıb. /bizimyol.info

Qaynar.info