Xəbər lenti

Bakıda polis əməkdaşının intihar etməsi ilə bağlı rəsmi açıqlama
Ölkə09:14 15.07.2013

Bakıda polis əməkdaşının intihar etməsi ilə bağlı rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının özünü güllələməsi faktı ilə bağlı rəsmi məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 13-də  Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsinin ərazisindəki qəbiristanlıqda Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Əli Novruzov xidmət zamanı tabel silahından atəş açaraq özünü öldürüb.

Hadisə yerindən 1 ədəd xidməti “Makarov” markalı tapança, 2 ədəd daraq, 15 ədəd patron və 1 ədəd giliz götürülüb.

Faktla bağlı araşdırma aparılır.