
Bakıda polis əməkdaşı idarə etdiyi maşınla yol polisini vurub.
Axar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi “Mersedes” markalı avtomobillə qəza törədib.
O, BMV markalı avtomobildə xidmətdə olan Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı Samir Dənziyevi vurub, hadisə yerini tərk edib. Görülmüş tədbirlərlə A.Babayev saxlanılıb, S.Dənziyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Qaynar.info