Xəbər lenti

Bakıda polis maşını ağır qəzaya uğradı: Yaralılar var (FOTO)
Ölkə05:18 26.05.2022

Bakıda polis maşını ağır qəzaya uğradı: Yaralılar var (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub.Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi "Fiat" markalı avtomobil ona çırpılıb.
Qəza zamanı iki polis əməkdaşı və "Mercedes"in sürücüsü ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.