Xəbər lenti

Bakıda polis maşını aşırdı: ölən və yaralanan var
Ölkə05:25 08.06.2015

Bakıda polis maşını aşırdı: ölən və yaralanan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşı şəxsi avtomobilində qəzaya uğrayıb. Bölmədən anspress-ə verilən məlumata görə, qəza Mərdəkan-Buzovna yolunda qeydə alınıb.
Həmin yolda hərəkət edən 12-ci polis bölməsinin əməkdaşı, polis-leytenantı, 1993-cü il təvəllüdlü Oqtay Rəhimov idarə etdiyi şəxsi “Hyundai" markalı avtomobilini aşırıb.
Qəza nəticəsində polis və onun sərnişini ağır yaralanıb. Hər iki yaralı xəstəxana yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq maşında olan sərnişin dünyasını dəyişib. Polis əməkdaşının vəziyyəti isə ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info