Xəbər lenti

Bakıda polis mayorunu maşın vurdu
Ölkə06:28 03.05.2014

Bakıda polis mayorunu maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin binası qarşısında yolu keçmək istəyən piyada, 52 yaşlı polis mayoru Solmaz Zeynalovanı “Hover” markalı, 99 GF 993 dövlət nömrə nişanlı avtomobil vurub.

S. Zeynalova çanaq sümüklərinin hər iki qapağının sınığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib

Avtomobilin sürücüsü hadisə yerində olsa da, hadisə barədə məlumat vermək istəməyib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

S. Zeynalovanın BŞPBİ-də işlədiyi, hadisənin də işə getmək üçün yolu keçmək istəyərkən baş verdiyi bildirilir. 

Qaynar.info