Xəbər lenti

Bakıda polis metroda tapdığı pulu sahibinə qaytardı
Ölkə13:50 01.02.2020

Bakıda polis metroda tapdığı pulu sahibinə qaytardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 30-da polis serjantı Namiq Nəsibov 28 may metrostansiyasında xidmət apararkən saat 18:40 radələrində 2139 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.
Bakı Şəhər Baş Polis İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, elə həmin gün axşam saatlarında metroda pulunun itməsi ilə bağlı polisə müraciət edən İlahə Sadıqovanı şöbə rəhbərliyi qəbul edib. O, 28 may metrostansiyasının çıxışındakı Bakı kart aparatının yanında 2139 manat pulunu unutduğunu deyib.
İtirdiyi pulun polis əməkdaşları tərəfindən tapılmasına görə sevindiyini bildirən İ.Sadıqova asayiş keşikçilərinə təşəkkürünü bildirib.