Xəbər lenti

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Ölkə09:37 13.02.2022

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən şəxs zərərsizləşdirilib.
Qayanrinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
O bildirib ki, axtarılan Aydın Babayevin Səbail rayonu ərazisində gizləndiyi yer müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı o silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib.
Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.
Qeyd edək ki, Aydın Babayev ötən gün tanışı Məlahət Şükürovanı bıçaqlayıb.
Hadisə yerinə gələn Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanıb.