Xəbər lenti

Bakıda polisin gözü önündə dəhşət - VİDEO
Ölkə06:45 11.10.2013

Bakıda polisin gözü önündə dəhşət - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının mərkəzində yol polisinin gözü qarşısında ağır yol qəzası baş verib.

Paytaxtın Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində ağır yol qəzası baş verib. Nəzarət kameraları tərəfindən qeydə alınmış kadrlardan görünür ki, yolun açıq olmasına baxmayaraq, yol polisi digər tərəfdə yaranmış tıxacı aradan qaldırmaq məqsədilə Səməd Vurğun küçəsi ilə hərəkət edən avtomobilləri saxlamağa çalışır. Bu zaman iki avtomobil - "cip" və "VAZ" markalı minik avtomobili polisin işarəsinə məhəl qoymadan irəliyə doğru hərəkət edirlər. Bu vaxt Bakıxanov küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil işıqforun qırmızı işığında keçərək "cip"lə toqquşur. Nəticədə zərbənin təsirindən istiqamətini dəyişən "cip" işıqforun qırmızı işığında dayanmış minik avtomobilinə çırpılaraq dayanır. Toqquşma zərbəsindən deformasiyaya uğramış "Mercedes"in hissələri yola səpələnir və avtomobil qəfildən tüstülənir. Bu zaman "Mercedes"in qapısı açılır və sürücü huşsuz halda yerə sərilir.

Hadisə zamanı yaxınlıqda olan yol polisləri və mülki vətəndaşlar qəzada xəsarət alanlara yardım etməyə tələsirlər. İnsanların və avtomobillərin hadisə yerinə toplaşmasından yolda böyük bir tıxac yaranır.

Qaynar.info Trend-ə istinadən həmin qəzanın videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qaynar.info