Xəbər lenti

Bakıda polisin maşını yandı
Ölkə06:17 01.02.2014

Bakıda polisin maşını yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Mersedes-C-klass” markalı avtomobil buzlu yolda sürüşərək, yolun qırağındakı maneəyə çırpılıb

Bu gün saat 09:40 radələrində Bakıda minik maşını qəzaya uğrayaraq alovlanıb. Hadisə şahidlərinin Ans press-ə verdikləri məlumata görə, aeroport-Zığ yolunda “Mersedes-C-klass” markalı avtomobil buzlu yolda sürüşərək, yolun qırağındakı maneəyə çırpılıb. Qəza nəticəsində avtomobil alovlanıb. Hadisə şahidləri bildirirlər ki, avtomobilin sürücüsü polis nəfəridir.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən cəlb olunub.

Hazırda yanğınsöndürən avtomobillər hadisə yerinə çatmaq üzrədir.

Qaynar.info