Xəbər lenti

Bakıda polislə vətəndaş əlbəyaxa oldu - VİDEO
Ölkə19:59 19.06.2014

Bakıda polislə vətəndaş əlbəyaxa oldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 18:40 radələrində Yasamal rayonu, Hüseyn Cavid prospektində (Azərbaycan Texniki Universitetinin qarşısındakı magistral yol) YPX əməkdaşları ilə qaydanı pozan piyadalar arasında əlbəyaxa dava olub.

Qaynar.info Aznews.az-a istinadən xəbər verir ki, avtomobil yolunun qadağan olunmuş hissəsindən keçmək istəyən piyada YPX əməkdaşının xəbərdarlığına yumruq zərbəsi ilə cavab verib. Bundan sonra münaqişə böyüyüb, ətrafdakı vətəndaşlar davaya müdaxilə ediblər. Əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Uzun mübahisədən sonra YPX əməkdaşını yumruqlayan şəxs polis bölməsinə aparılıb.

Qaynar.info