Oktyabrın 7-də saat 21 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Qaynar.info-nun Lent.Az-a istinadən verdiyi məlumata görə, Nobel prospekti 69C ünvanının qarşısında, Çevik Polis Alayının binasının yaxınlığında "BMW” markalı minik avtomobili polis əməkdaşlarını vurub. Nəticədə 2 polis əməkdaşı ağır xəsarət alıb. Hər iki şəxs xəstəxanaya aparılıb.
Hadisədə yaralanan polislərin adını dəqiqləşdirmək hələlik mümkün olmayıb.
Qeyd edək ki, qəza polislərin ÇPA-nın həyətindən qrup şəklində çıxdığı vaxt baş verib.